Türkiyə Mustafa Kamal Atatürk Ali Yerlikaya Sosial media Türk tarixi Türkiyə Cümhuriyyətinin qurulması 30 Avqust Zəfəri

30 Avqust zəfəri Türkiyənin əbədi iradəsidir - Yerlikaya

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya 30 Avqust Zəfər Bayramı münasibətilə yayımladığı mesajda, bu günün millətin diriliş və zülmə qarşı mübarizə dastanı olduğunu, “Türkiyə Yüzyılı”nın isə bu zəfərin ən gözəl sətirləri olduğunu vurğulayıb.

TurkicWorldxəbər verir ki, bu barədə nazir Yerlikaya sosial media hesabında paylaşım edib. O, paylaşımında Türk millətinin tarixi zəfərlərini xatırladaraq, “May 19 Mayı, apreldə 23 Apreli, oktyabrlar 29 Oktyabrı, avqustlar isə 30 Avqustu xatırladır,” – deyib. O, 1071-ci ildə Sultan Alp Arslanın Malazgirt Zəfəri ilə Anadolu qapılarını açdığını, 851 il sonra isə 26 Avqust 1922-də Qazi Mustafa Kamal Atatürk’ün “Allah Türk millətini qoruyacaq” sözləri ilə başlayan Böyük Taarruzun 30 Avqustda zəfərlə nəticələndiyini qeyd edib.

Yerlikaya, “30 Avqust zəfəri xalqımızın varoluş mübarizəsinin dönüş nöqtəsidir. Bu zəfər zülmə qarşı mübarizənin, baş əyməyən millətimizin dastanıdır,” – deyərək, Türkiyənin gələcək nəsillərə şanlı bayrağı daşımaq üçün birlikdə çalışmalı olduğunu bildirib. Nazir, Qazi Mustafa Kamal Atatürk və silahdaşlarını, şəhidləri və qaziləri minnətdarlıqla yad edərək, 30 Avqust Zəfər Bayramını təbrik edib.

Mövzuya görə xəbərlər