Türkiyə Fələstin İsrail Türkiyə xarici işlər nazirliyi Benyamin Netanyahu İsrail-Türkiyə münasibətləri Fələstin-İsrail iki dövlətli həll Erməni Soyqırımı məsələsi

Netanyahu 1915-ci il bəyanatı ilə öz cinayətlərini gizlədir - Türkiyə XİN

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Türkiyə Xarici İşlər Nazirliyi, İsrail Baş naziri Benyamin Netanyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatına sərt reaksiya verərək, onun Fələstin xalqına qarşı törətdiyi cinayətləri ört-basdır etməyə çalışdığını bildirib.

TurkicWorld xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, “Netanyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatı keçmiş ağrılı hadisələrdən siyasi səbəblərə görə istifadə cəhdidir. Fələstin xalqına qarşı soyqırımda roluna görə mühakimə olunan Netanyahu, özünün və hökumətinin cinayətlərini ört-basdır etməyə çalışır. Tarixi və hüquqi faktlarla uyğun olmayan bu bəyanatı qınayır və rədd edirik,” ifadələri yer alıb.

Qeyd edək ki, Netanyahunun Erməni Soyqırımını tanıması ilə bağlı açıqlaması Türkiyə-İsrail münasibətlərindəki gərginliyi artırıb. Türkiyə 1915-ci il hadisələrini soyqırım kimi tanımır və bu bəyanatı Qəzza münaqişəsindən diqqəti yayındırmaq cəhdi kimi qiymətləndirir.

Mövzuya görə xəbərlər