Son dəqiqə

Türkiyə İsrail Suriya Türkiyə Daxili İşlər Nazirliyi hücum İsrail ordusu Hava zərbələri İsrail Suriya hücumu Suriyanın ərazi bütövlüyü hava hücumu Süveyda Israil hücum

Türkiyə XİN İsrailin Suriyaya qarşı hücumlarını pisləyib

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyə Xarici İşlər Nazirliyi bu gün yaydığı bəyanatda İsrailin Suriyaya qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pisləyib.

TurkicWorld xəbər verir ki, bəyanatda deyilir:

“İsrailin Suriyanın ərazi bütövlüyü və suverenliyinə zidd şəkildə həyata keçirdiyi və miqyasını getdikcə genişləndirdiyi hərbi hücumları qətiyyətlə qınayırıq. Bu hücumlar Suriyada və bölgədə sabitlik və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səyləri birbaşa hədəfə alır. Onların dərhal dayandırılması, Suriya hökumətinin ölkədə sülh və əmin-amanlıq mühitini bərqərar etməsi üçün göstərilən dəstəyin davam etdirilməsi vacibdir.”

Nazirlik əlavə edib ki, “Türkiyə, Suriya xalqının haqlı gözləntilərinə uyğun olaraq, terrordan təmizlənmiş, təhlükəsizliyi təmin olunmuş və ərazi bütövlüyü qorunmuş bir Suriya vizyonunu dəstəkləməyə davam edəcək.”

Mövzuya görə xəbərlər