Son dəqiqə

Türkiyə Ukrayna Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski ikitərəfli əməkdaşlıq Rusiya Ukrayna müharibəsi Rusiya Ukrayna danışıqları Rusiya Ukrayna sülh təşəbbüsü telefon danışığı

Zelenski Ərdoğana Ukraynaya verdiyi dəstəyə görə təşəkkürünü bildirib

BAKI, TurkicWorld, Səməd Əyyubov

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür mesajı ünvanlayıb.

TurkicWorld xəbər verir ki, Zelenski bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynanın Müstəqillik Günü ərəfəsində söylədiyi müdrik və səmimi sözlərinə görə böyük minnətdarlıq hissi keçirirəm. Hörmətli Prezident, ölkələrimiz arasında strateji tərəfdaşlığın həm dövlətlərimiz, həm də regional və qlobal sabitlik baxımından həyati əhəmiyyət daşıdığı barədə sizinlə tam razıyam. Sülhün təmin olunması istiqamətindəki şəxsi səyləriniz üçün minnətdarıq və bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik” – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, mayın 31-də baş tutan telefon danışığı zamanı Zelenski Ərdoğana Ukraynanın ərazi bütövlüyü və suverenliyinə göstərilən prinsipial dəstəyə görə də təşəkkür etmişdi.

Mövzuya görə xəbərlər