Son dəqiqə

Türkiyə İzmir yanğın fövqəladə vəziyyət elanı təxliyə xəbərdarlığı Yanğın səbəbindən təxliyə Yanğınların insan və ekoloji zərərləri Yanğın sonrası bərpa işləri Yanğınla mübarizə tədbirləri Türkiyə

İzmirdə meşə yanğını başlayıb

BAKI, TurkicWorld Nərmin Ağayeva

Türkiyədə İzmirin Menderes rayonunda meşə yanğını başlayıb.

TurkicWorld xəbər verir ki, Çile məhəlləsində əkinçilik sahəsində hələ məlum olmayan səbəblərdən başlayan yanğın meşəlik əraziyə keçib.

İzmir Meşə Regional Müdirliyi və müvafiq qurumlar yanğının qarşısını almaq üçün genişmiqyaslı əməliyyatlara başlayıb. Hazırda alovla mübarizə üçün 8 təyyarə, 9 helikopter, 25 su maşını, 26 su təchizatı maşını və 4 buldozer səfərbər edilib.

Yanğınsöndürmə işləri həm havadan, həm də qurudan intensiv şəkildə davam etdirilir. Hazırda yanğının nəzarət altına alınıb-alınmadığı barədə dəqiq məlumat verilməyib.

Mövzuya görə xəbərlər