Son dəqiqə

Türkiyə İstanbul Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya Narkotik Kocaeli

Türkiyədə Narkotik Tacirlərinə Qarşı Əməliyyat Keçirilib

BAKI, TurkicWorld, Fərid Mikayılov

İstanbulun Ümraniyə və Tuzla rayonları, həmçinin Kocaelinin Gebze bölgəsində həyata keçirilən əməliyyatlar zamanı 3 milyon 40 min 771 ədəd narkotik həblə 52,5 kiloqram qatqı maddəsi ələ keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

Əməliyyatlar Türkiyə Daxili İşlər Nazirliyi Narkotik Cinayətlərlə Mübarizə Baş İdarəsinin koordinatorluğu və İstanbul Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin iştirakı ilə aparılıb.

Nəticədə narkotik ticarəti ilə məşğul olduqları müəyyən edilən 9 şübhəli saxlanılıb.

"Narkotik insanlığın ən böyük düşmənidir. Buna cəsarət edən narkotik tacirləri ilə ölkəmiz və bəşəriyyət adına mübarizəmizi qətiyyətlə davam etdirəcəyik"- deyə yerlikaya vurğulayıb.

Mövzuya görə xəbərlər