Son dəqiqə

Türkiyə yanğın Muğla meşə yanğınları fövqəladə vəziyyət elanı Türkiyədə meşə yanğınları Yanğın səbəbindən təxliyə Yanğınların insan və ekoloji zərərləri Yanğın sonrası bərpa işləri Yanğınla mübarizə tədbirləri Türkiyə

Muğla və Bingöldə meşə yanğınlarına qarşı mübarizə aparılır

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Türkiyədə Muğla və Bingöldə baş verən meşə yanğınlarına havadan və qurudan müdaxilə edilir.

TurkicWorld xəbər verir ki, Muğlanın Seydikemer mahalının Kabaağaç məhəlləsində, yaşayış massivlərinin yaxınlığında başlayan yanğın küləyin təsiri ilə sürətlə yayılıb. Hadisə yerinə Muğla Meşə Region Müdirliyinə aid təyyarələr və çoxsaylı yanğınsöndürmə qrupları cəlb olunub.

Bingölün Gənc rayonunun Bahçebaşı kəndində isə səbəbi hələ müəyyən olunmamış yanğın otlaq sahəsində başlayaraq qısa müddətdə palıd ağacları və üzüm bağlarının olduğu meşəlik əraziyə keçib. Əraziyə Meşə Əməliyyat Müdirliyi, Gənc Bələdiyyəsi və jandarma qüvvələri sövq olunub. Hazırda hər iki bölgədə yanğını nəzarət altına almaq üçün işlər davam etdirilir.

Qeyd edək ki, son həftələrdə Türkiyənin müxtəlif bölgələrində artan hava temperaturu və güclü küləklər meşə yanğınlarının sürətlə yayılmasına səbəb olur.

Mövzuya görə xəbərlər