Son dəqiqə

Türkiyə yanğın Muğla təxliyə xəbərdarlığı Yanğın səbəbindən təxliyə Yanğınların insan və ekoloji zərərləri Yanğınların səbəbləri Türkiyə Yanğınla mübarizə tədbirləri Türkiyə

Muğlada meşə yanğını nəzarətə alınıb

BAKI, TurkicWorld ​, Nərmin Ağayeva

Türkiyədə Muğlanın Yatağan rayonunda meşə yanğını qısa müddətdə söndürülüb.

TurkicWorld xəbər verir ki, hadisə günorta saatlarında Yatağanın Gökbel məhəlləsində qırmızı şam ağacları ilə örtülmüş meşəlik ərazidə baş verib. Sakinlərin tüstünü görərək məlumat verməsindən sonra Muğla Meşə Region Müdirliyinin yanğınsöndürən qrupları əraziyə cəlb olunub.

Təcili müdaxilə nəticəsində yanğın təxminən bir saat ərzində nəzarət altına alınıb. İlkin hesablamalara görə, 1 hektar meşə sahəsi ziyan görüb.

Qeyd edək ki, Muğla Türkiyədə meşə yanğınlarının tez-tez qeydə alındığı bölgələrdən biridir.

Mövzuya görə xəbərlər