Son dəqiqə

Türkiyə Xarici İşlər Nazirliyi Qətər Şeyx Təmim bin Həməd Al Tani Hakan Fidan ikitərəfli əməkdaşlıq Doha İkitərəfli görüşlər

Türkiyə–Qətər əlaqələri gündəmdədir

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada səfərdədir.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində Fidan, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani tərəfindən qəbul olunub.

Görüşdə iki ölkə arasındakı münasibətlər və regional məsələlər müzakirə edilib.

Qeyd edək ki, Fidan Qətərə avqustun 13–14-də iki günlük səfər edib. Mənbələr bildirir ki, bu səfərin əsas məqsədi Ankara və Doha arasında yüksək strateji komitənin növbəti iclasına hazırlıq, həmçinin bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün əməkdaşlıq yollarını müzakirə etmək olub.

Mövzuya görə xəbərlər