Son dəqiqə

Türkiyə AFAD yanğın meşə yanğınları təxliyə xəbərdarlığı Yanğın səbəbindən təxliyə

Türkiyədə tibbi müəssisədə güclü yanğın olub

BAKI, TurkicWorld

Boluda tibbi ləvazimat fabrikində güclü yanğın baş verib.

TurkicWorld xəbər verir ki, Türkiyədə Bolunun Karacasu bölgəsində yerləşən tibbi ləvazimat fabrikində baş verən güclü yanğınla əlaqədar əraziyə fövqəladə hallar və xilasetmə qrupları cəlb olunub.

Alovun ətrafdakı evlərə keçməsinin qarşısını almaq üçün yanğınsöndürmə işləri davam etdirilir.

Yanğın yerli vaxtla saat 13:30 radələrində başlayıb. Qısa müddətdə fabriki bürüyən alov səbəbilə Bolu şəhərinin bir çox nöqtəsindən qalxan qara tüstü müşahidə olunub. Hadisə yerinə sağlamlıq, AFAD, xilasetmə, Meşə Region Müdirliyi, jandarma və polis qrupları göndərilib.

Hazırda yanğının nəzarət altına alınması üçün həm yerli, həm də regional səviyyədə tədbirlər görülür. Alovun yaxınlıqdakı yaşayış evlərinə keçməsinin qarşısını almaq məqsədilə intensiv müdaxilə həyata keçirilir.

Qeyd edək ki, hadisə ilə bağlı hələlik tələfat və ya xəsarət barədə məlumat yoxdur.

Mövzuya görə xəbərlər