Son dəqiqə

Türkiyə Malayziya Türkiyə xarici işlər nazirliyi Hakan Fidan ikitərəfli əməkdaşlıq İkitərəfli görüşlər Ənvər İbrahim

Fidan Malayziya Baş nazirii ilə əməkdaşlığı müzakirə edib

BAKI, TurkicWorld

Nazir Hakan Fidan Malayziya Baş naziri Ənvər İbrahimlə görüşüb.

TurkicWorld xəbər verir ki, Malayziyanın Baş naziri Ənvər İbrahim Türkiyənin xarici işlər naziri Hakan Fidanı Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Xarici İşlər Nazirləri Toplantısında iştirak çərçivəsində qəbul edib.

Görüşdə iki ölkə arasında siyasi və iqtisadi münasibətlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq, eləcə də regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Türkiyə ilə Malayziya arasında əlaqələr son illərdə həm ikitərəfli, həm də beynəlxalq platformalarda inkişaf tendensiyası nümayiş etdirir.

Mövzuya görə xəbərlər