Son dəqiqə

Türkiyə Türkiyə Daxili İşlər Nazirliyi Ali Yerlikaya kibercinayətkarlıq

Türkiyədə 48 şəhərdə kiber hücumlara zərbə

BAKI, TurkicWorld

Türkiyədə həyata keçirilən kiber cinayətlərlə mübarizə əməliyyatları nəticəsində 48 şəhərdə 284 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabından paylaşım edib.

Nazir Yerlikaya bildirib ki, saxlanılan şübhəlilər müxtəlif metodlarla vətəndaşları aldadaraq mənfəət əldə etməyə çalışıblar. Onlar sosial media platformaları vasitəsilə yüksək qazanc vədi, aşağı faizli kredit və ya məhsul satışı kimi üsullarla dələduzluq ediblər.

Eyni zamanda, insanların bank hesablarına qanunsuz giriş edərək şəxsi məlumatlardan istifadə yolu ilə gəlir əldə etdikləri müəyyən olunub.

Nazir qeyd edib ki, saxlanılan şəxslər barəsində müvafiq prokurorluqlar tərəfindən istintaq başladılıb.

Mövzuya görə xəbərlər