Son dəqiqə

Türkiyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya ikitərəfli əməkdaşlıq Frederix Merz İkitərəfli tariflər Almaniya Türkiyə əməkdaşlığı

Türkiyə və Almaniya liderləri regional sülhü müzakirə edib

BAKI, TurkicWorld

Ərdoğan və Merz regional gərginliyi müzakirə edib.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın yeni kansleri Fridrix Merz ilə telefon danışığı aparıb.

Tərəflər İsrail və İran arasında artan gərginliyi, ikitərəfli əlaqələri və regional prosesləri müzakirə ediblər.

Danışıqlarda bölgədə sülh və sabitliyin təmin olunmasının vacibliyi vurğulanıb. Prezident Ərdoğan münaqişənin böyüməsinin qarşısını almaq üçün diplomatik səylərin artırılmasının zəruriliyini bildirib.

Qeyd edək ki, Fridrix Merz bu yaxınlarda Almaniya kansleri vəzifəsinə gəlib və bu, onun Türkiyə Prezidenti ilə ilk rəsmi telefon danışığı olub.

Mövzuya görə xəbərlər