Son dəqiqə

Türkiyə Yunanıstan Bayraktar Kızılelma Akıncı PUA Türkiyənin Müdafiə Sənayesi İHA-230 Türkiyə-Yunanıstan münasibətləri Türkiyə və Yunanıstan enerji gərginliyi

Yunan mətbuatı Türkiyənin müdafiə sahəsində liderliyini etiraf edir

BAKI, TurkicWorld

Yunanıstan müdafiə sahəsində Türkiyənin üstünlüyünü qəbul edib.

TurkicWorld xəbər verir ki, Yunanıstan mediası ölkənin müdafiə sənayesində, xüsusilə pilotsuz uçuş aparatlarının (İHA) istehsalı sahəsində Türkiyədən geri qaldığını etiraf edib.

Afina hökuməti müdafiə sahəsində modernləşmə çatışmazlığı və texnoloji inteqrasiya problemləri səbəbilə Türkiyənin bölgədə üstünlük qazandığını qeyd edib.

Yunanıstanın “Pentapostgama” nəşrində dərc olunan xəbərdə bildirilib ki, Yunan Silahlı Qüvvələri müasir döyüş mühitinə uyğunlaşmaqda çətinlik çəkir. Yazıda ölkədəki institusional çərçivə, ağır bürokratiya, rəqəmsal infrastrukturun zəifliyi və qanuni prosedurların İHA istehsalını əngəllədiyi vurğulanıb.

Məqalədə həmçinin qeyd olunub ki, Türkiyə 30-dan çox ölkəyə AKINCI, KIZILELMA və TB2 kimi pilotsuz aparatları ixrac edir. Türkiyənin süni intellekt dəstəyi ilə İHA əməliyyatlarını inkişaf etdirməsi və “Dəmir Qübbə” kimi müdafiə sistemləri üzərində çalışması da xüsusi qeyd olunub.

Qeyd edək ki, Yunanıstanın müdafiə sənayesi əsasən xarici texnologiyalara əsaslanır. Mövcud qanunvericilik sisteminin ləngliyi və koordinasiya çatışmazlığı İHA istehsalında irəliləyişə maneə yaradır. Hazırda Yunanıstanın öz İHA layihələrini reallaşdırması üçün ən azı üç il vaxt lazım olduğu bildirilir.

Mövzuya görə xəbərlər