BAKI, TurkicWorld
Türk Hava Yolları gündəlik uçuş rekordunu yeniləyib.
TurkicWorld xəbər verir ki, Türk Hava Yolları (THY) bu gün planlaşdırılmış 1369 reyslə tarixindəki ən yüksək gündəlik uçuş sayına çataraq yeni rekorda imza atacaq.
Məlumatı şirkətin baş direktoru Bilal Ekşi sosial media hesabında paylaşıb. O qeyd edib ki, bu, THY tarixində bir ilkdir:
“Maşallah deyək. Bu gün 1369 planlı TK uçuşu ilə bu günə qədər ən çox uçuş rekordunu qıracağıq. Əvvəlki rekord bayram ərəfəsində 1292 uçuş idi. Türkiyə böyüyür, THY daha yüksəklərə uçur,” – deyə o bildirib.
Qeyd edək ki, Türk Hava Yolları bundan öncəki gündəlik rekordunu 5 iyun tarixində 1292 reyslə əldə etmişdi.
Maşallah diyelim!
— Bilal EKŞİ (@BilalEksiTHY) June 9, 2025
Yeni rekor geldi.
Bugün planlı 1369 TK (THY) seferi ile şimdiye kadar ki en yüksek TK sefer sayısı rekorunu kıracağız.
Bir önceki rekor arefe günü 1292 sefer idi.
Türkiye büyüyor, THY yüksekten uçuyor pic.twitter.com/705Rnmn5wS