BAKI, TurkicWorld
Türkiyənin kamikadze pilotsuz dəniz aparatı "PİRANA" atış sınağını uğurla başa vurub.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, PİRANA, həyata keçirilən testlərdə 3,5 metrlik hədəfə dəqiq bir şəkildə zərbə vuraraq hədəfi məhv edib.
Qeyd edək ki, yüksək texnologiyalı döyüş başlığı və tapança inkişaf etdirmə qabiliyyəti ilə asimmetrik döyüş şəraiti nəzərə alınaraq dizayn edilən PİRANA, sabit komanda mərkəzindən real vaxt məlumat axını ilə idarə edilə bilər.