Son dəqiqə

Türkiyə Indoneziya THY ikitərəfli əməkdaşlıq Banqkok İkitərəfli görüşlər THY beynəlxalq reyslər THY turizm hədəfi

THY və Thai Airways gəlir paylaşımı üçün razılığa gəlib

BAKI, TurkicWorld

Türk Hava Yolları ilə Thai Airways arasında İstanbul-Banqkok marşrutu üzrə gəlir bölgüsünü nəzərdə tutan əməkdaşlıq sazişi imzalanıb.

TurkicWorld xəbər verir ki, Türk Hava Yolları ilə Thai Airways arasında İstanbul-Banqkok marşrutu üzrə gəlir bölgüsü modeli əsasında Ortaq İş Sazişi (JBA) bağlanıb.

Bu saziş çərçivəsində iki aviaşirkət bu marşrutda birgə fəaliyyət göstərərək sərnişin axını və gəlirləri maksimum səviyyəyə çatdırmağı hədəfləyir. Üç illik (əlavə iki illik uzatma seçimi ilə) nəzərdə tutulan müqavilənin 2025/2026 Qış tarif dövründə qüvvəyə minməsi planlaşdırılır.

Qeyd edək ki, tərəflər razılaşmanı ilkin mərhələdə ictimaiyyətə açıqlamayıb. Bu addım, Kapital Bazarları Şurasının tələblərinə uyğun olaraq, müqavilə prosesinin yekunlaşmaması və investor qərarlarına mümkün təsirləri nəzərə alınaraq atılıb.

Mövzuya görə xəbərlər