Son dəqiqə

Türkiyə NATO ASELSAN müdafiə sanayesi məhsulları Türkiyə Müdafiə Sənayesi xəbərləri Türkiyənin Müdafiə Sənayesi ASELSAN 2025 maliyyə nəticələri

ASELSAN NATO-nun hava müdafiə layihəsində aparıcı rol alır

BAKI, TurkicWorld

ASELSAN NATO layihəsində strateji rol alır.

TurkicWorld xəbər verir ki, Türkiyənin müdafiə sənayesinin qabaqcıl şirkəti ASELSAN, NATO Dəstək və Satınalma Agentliyinin (NSPA) Modul Hava Hücumundan Müdafiə (GBAD) Konsepsiyası Fazası çərçivəsində qlobal müdafiə nəhəngləri ilə birgə mühüm layihədə iştirak edəcək.

Layihə çərçivəsində ASELSAN, Airbus Defence and Space GmbH, Lockheed Martin UK, Raytheon və Thales LAS ilə yanaşı çərçivə müqaviləsi imzalayıb.

Müqavilənin ilkin mərhələsi konseptual sistem arxitekturası üzərində tədqiqat işlərini əhatə edir. Bu mərhələnin nəticələri sentyabr ayında NATO-ya təqdim olunacaq və gələcək texnoloji inkişaflara əsas yön verəcək. Layihədə iştirak edən beş şirkət modul hava hücumundan müdafiə sistemlərinə dair rəqabətli və innovativ yanaşmalar ortaya qoyacaq.

NSPA-nın bu təşəbbüsü NATO daxilində müdafiə infrastrukturunun inteqrasiyasını və üzv ölkələr arasında koordinasiyanı gücləndirməyi hədəfləyir.

ASELSAN-ın bu layihədə iştirakı Türkiyənin hava hücumundan müdafiə sahəsində texnoloji inkişaflarını və NATO səviyyəsində tərəfdaşlıq qabiliyyətini təsdiqləyir. Şirkətin hazırladığı yerli istehsal HAKİM 100 Hava Komandanlıq və İdarəetmə Sistemi, laylı hava hücumundan müdafiə konsepsiyasında mühüm yer tutur.

Türkiyənin fərqli məsafələrdə təsirli olan və laylı struktura malik “Polad Qübbə” arxitekturası NATO tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif NATO ölkələrinin fərqli müdafiə sistemlərindən istifadə etdiyi bir dövrdə bu sistemlərin bir-biri ilə əlaqəli işləyə bilməsi üçün ortaq arxitekturaya ehtiyac var.

ASELSAN-ın layihəyə daxil edilməsi Türkiyənin yalnız istifadəçi deyil, həm də texnologiya inkişaf etdiricisi və sistem dizayneri statusunu möhkəmləndirir.

Mövzuya görə xəbərlər