Son dəqiqə

Türkiyə Cevdet Yılmaz inflyasiya İqtisadi əməkdaşlıq İqtisadi inkişaf Türkiyədə inflyasiya və iqtisadi sabitlik iqtisadi və ticari əlaqələr

Türkiyə iqtisadiyyatı 19 rübdür fasiləsiz böyüyür - Yılmaz

BAKI, TurkicWorld

“İnflyasiyada azalma başlayıb, balanslı artım əsas hədəfimizdir. ”

TurkicWorld xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkə gündəmi və iqtisadi proseslərlə bağlı mühüm açıqlamalar verib.

“İqtisadiyyat 19 rübdür fasiləsiz böyüyür. Ölkə daxilində sabitlik proqramı həyata keçiririk. Əsas proqramımız balanslaşdırılmış böyümədir”, – deyən Yılmaz, inflyasiyanın azalmağa başladığını bildirib.

O qeyd edib ki, illik mövsümi təsirlərdən təmizlənmiş artım tempi 2,7 faiz səviyyəsindədir. “İlin sonuna doğru inflyasiya 20 faiz səviyyəsinə, gələn il isə 10 faizə enəcək. Uzun müddətdir ki, birrəqəmli faizlərlə davam edirik” - deyə o bildirib.

Yılmaz əlavə edib ki, ölkədə təhsil sisteminin əmək bazarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılır və təhsilin daha praktik hala gətirilməsi planlaşdırılır.

Orta Müddətli Proqramın (OVP) sentyabr ayında yenilənəcəyini bildirən vitse-prezident, iqtisadi balansların diqqətə alınacağını vurğulayıb.

“Terrorsuz Türkiyə demokratiya və inkişaf baxımından böyük əhəmiyyət daşıyır. Bu proses ölkənin daha güclü olmasına və iqtisadi inkişafına töhfə verəcək”, – deyə o fikrini tamamlayıb.

Mövzuya görə xəbərlər