Son dəqiqə

Azərbaycan Türkiyə Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi 28 May- Müstəqillik Günü Alparslan Bayraktar

Alparslan Bayraktar Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib

BAKI, TurkicWorld

Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

TurkicWorld xəbər verir ki, Bayraktar bu barədə sosial media hesabında paylaşım edib.

“‘Bir millət, iki dövlət’ anlayışı ilə hər zaman çiyin-çiyinə olduğumuz qardaş Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edir, şəhid olan qəhrəmanlarımızı ehtiramla və rəhmətlə anıram”, – deyə nazir qeyd edib.

Qeyd edək ki, 28 May 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunaraq, müsəlman şərqində ilk demokratik respublika quruldu. Cümhuriyyətin baniləri arasında Məhəmməd Əmin Rəsulzadə kimi böyük şəxsiyyətlər yer alıb. Bu gün 28 May — Azərbaycanın dövlət müstəqilliyinin təməl günü olaraq Müstəqillik Günü kimi qeyd olunur.

Mövzuya görə xəbərlər