BAKI, TurkicWorld
Məşhur musiqiçi İlhan Şeşen uzun sürən xəstəlikdən sonra vəfat edib.
TurkicWorld xəbər verir ki, tanınmış sənətçi İlhan Şeşen 76 yaşında dünyasını dəyişib.
Bir müddətdir ağciyər xərçəngi ilə mübarizə aparan musiqiçinin ölüm xəbəri sosial şəbəkələrdə yayılıb.
“Ellerimde Çiçekler” və “Neler Oluyor Bize” kimi sevilən mahnıları ilə yadda qalan Şeşen, bu yaxınlarda səhnədə musiqidə 55 illiyini qeyd etmişdi.
Qeyd edək ki, İlhan Şeşenə 2023-cü ildə ağciyər xərçəngi diaqnozu qoyulmuşdu.







