Son dəqiqə

Türkiyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aşağı doğum nisbətləri Doğum nisbəti ailə münasibətləri Ailə dəyərləri Gənclərin ailə dəyərlərinə baxışı 2025-ci ilin Ailə ili elan edilməsi Ailə ili və mədəni dəyərlər

Doğum nisbətinin azalması fəlakət siqnalıdır - Ərdoğan

BAKI, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan doğum nisbətinin ölkə tarixində ilk dəfə olaraq 1,48-ə qədər gerilədiyini açıqlayıb və bu vəziyyəti fəlakət adlandırıb.

TurkicWorld xəbər verir ki, Prezident Ərdoğan bu fikirləri İstanbulda keçirilən Beynəlxalq Ailə Forumunda çıxışı zamanı səsləndirib.

O, qeyd edib ki, bu göstərici əhalinin özünü yeniləməsi üçün zəruri sayılan 2,1 səviyyəsindən xeyli aşağıdır.

Forumun açılışında İstanbulun mədəni və tarixi zənginliyindən bəhs edən Ərdoğan, tədbirin ailə institutuna diqqət çəkmək baxımından mühüm platforma olduğunu bildirib. O, 26 ölkədən iştirak edən nazirlərin və ekspertlərin təqdim edəcəyi məruzələrin qlobal səviyyədə ailə siyasətlərinə töhfə verəcəyinə ümid etdiyini ifadə edib.

Prezident ailənin cəmiyyətin təməl daşı olduğunu vurğulayaraq, ailə institutunun insanlıq tarixi boyunca mövcud olduğunu və insanın formalaşmasında əvəzsiz rol oynadığını qeyd edib. O bildirib ki, ailə yalnız mənəvi bir sığınacaq deyil, həm də qadınları və uşaqları qoruyan, dəyərləri ötürən əsas sosial strukturdur.

Ərdoğan müasir dövrün ailə institutuna təsirlərinə də toxunaraq, texnologiyanın və qloballaşmanın gətirdiyi dəyişikliklərin ailəni zəiflətdiyini bildirib. “Ailəni müdafiə etmək insanlığı müdafiə etmək deməkdir,” – deyən Ərdoğan, bu istiqamətdə birgə mübarizənin vacibliyini vurğulayıb.

Qeyd edək ki, TÜİK-in son məlumatlarına əsasən, Türkiyədə doğum nisbəti ardıcıl azalma göstərməkdədir. Demoqrafik göstəricilər ölkənin yaşlanan əhali problemi ilə üzləşdiyini ortaya qoyur və bu vəziyyət dövlət orqanları tərəfindən strateji problem kimi dəyərləndirilir.

Mövzuya görə xəbərlər