Son dəqiqə

Türkiyə İstanbul Boris Conson Donald Tramp Trampın Türkiyəyə təsiri Trampın iqtisadi təsirləri İstanbul beynəlxalq panel

Trampın siyasətləri və Türkiyəyə təsirləri İstanbulda müzakirə olunacaq

BAKI, TurkicWorld

Boris Conson İstanbulda Tramp siyasətlərini dəyərləndirəcək.

TurkicWorld xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Mühasiblər Assosiasiyasının (HUV) dəvəti ilə mayın 30-da İstanbula səfər edəcək.

O, "Yeni Dünya Düzənində Geosiyasi və İqtisadi Dinamiklərin Dəyişməsi – Trampın Siyasətlərinin Türkiyə və İş Dünyasına Təsirləri" adlı paneldə çıxış edəcək.

Qeyd edək ki, paneldə Boris Conson ABŞ prezident seçkilərindən sonra yenidən gündəmə gələn Donald Tramp dövrünün siyasətlərini və bu siyasətlərin qlobal iqtisadi-siyasi tarazlıqlara mümkün təsirlərini təhlil edəcək.

Tədbirdə Ümumdünya Ticarət Təşkilatının keçmiş baş direktoru səfir Roberto Azevêdo da iştirak edəcək və qlobal ticarət perspektivindən çıxış edəcək. Panelin moderatoru enerji siyasəti üzrə ekspert və keçmiş diplomat Mehmet Öğütçü olacaq. HUV prezidenti Ahmet Eren və təşkilatın vitse-prezidenti, eyni zamanda Türkiyə Respublikası Prezidenti yanında Strateji və Büdcə İdarəsinin rəhbəri Cevdet Yılmaz da paneldə çıxış edəcək.

Mövzuya görə xəbərlər