Son dəqiqə

Türkiyə NATO Avropa İttifaqı Yunanıstan TUSAŞ HÜRJET Türkiyə Müdafiə Sənayesi xəbərləri Brüssel Türkiyə-Yunanıstan münasibətləri Yunanıstan Baykar narahatlığı

Afina Ankaraya qarşı Aİ daxilində diplomatik səfərbərlik elan edib

BAKI, TurkicWorld

Yunanıstan, Türkiyənin Avropa İttifaqının müdafiə layihələrinə inteqrasiyasının qarşısını almaq üçün diplomatik səfərbərlik elan edib.

TurkicWorld xəbər verir ki, Yunanıstan Xarici İşlər Nazirliyi səfirlərinə Ankaranın Aİ müdafiə təşəbbüslərində iştirakını əngəlləmək məqsədilə üzv ölkələrin hakimiyyət orqanları ilə əlaqəyə keçməyi tapşırıb.

Belə ki, Afina Türkiyənin Aİ-nin müdafiə sənayesi proqramlarına daxil olmasının qarşısını almağa çalışır.

Türkiyənin inkişaf etmiş hərbi sənayesi və pilotsuz uçuş texnologiyaları Brüsseldə maraq doğurarkən, Yunanıstan bu vəziyyətdən narahatdır. Afina, “SAFE” adlı Aİ müdafiə çərçivəsi daxilində tərəfdaş ölkələrin səs çoxluğu ilə deyil, yekdilliklə seçilməsini tələb edir. Fransa da bu mövqeni dəstəkləyir.

Qeyd edək ki, Türkiyənin TUSAŞ şirkəti İspaniya və Airbus ilə əməkdaşlıq razılaşması imzalayıb və bu, HÜRJET təyyarəsinin NATO və beynəlxalq bazarlara çıxışını asanlaşdıracaq. Digər tərəfdən, Baykar şirkətinin İtaliyanın 140 illik Piaggio Aerospace aviasiya şirkətini alması Türkiyənin müdafiə sənayesindəki nüfuzunu artırıb.

Yunan mətbuatı bu inkişafları “narahatedici” adlandıraraq bildirir ki, Türkiyə Aİ müdafiə bazarında 800 milyard avroluq potensialın əsas oyunçularından birinə çevrilmək üzrədir. NATO baş katibi Mark Ruttenin türk müdafiə şirkətlərinin qlobal təchizat zəncirindəki vacib roluna dair fikirləri də Afina tərəfindən diqqətlə izlənilir.

Mövzuya görə xəbərlər