BAKI, TurkicWorld
KARGU FPV Kamikaze Drone ilk sınaq missiyasında hədəfini dəqiqliklə vuraraq uğur qazanıb.
TurkicWorld xəbər verir ki, STM Defence Technologies tərəfindən hazırlanmış yerli istehsal “KARGU FPV” Kamikaze Dronu ilk dəfə sahədə sınaqdan keçirilib.
Operator tərəfindən real vaxtda idarə olunan dron hədəfini yüksək dəqiqliklə vuraraq missiyasını uğurla başa çatdırıb.
STM-nin əvvəlki layihələrindən olan KARGU, BOYGA və TOGAN sistemlərinin davamı kimi təqdim edilən bu yeni FPV modeli həm süni intellektlə dəstəklənməyən, həm də elektron müharibəyə qarşı dayanıqlı texnologiyalarla təchiz edilib.
Qeyd edək ki, KARGU FPV yüksək manevr qabiliyyəti, gecə-gündüz əməliyyat imkanları, aşağı radar izi və 1,300 qr-lıq anti-piyada döyüş başlığı ilə təchiz olunub. Sursatla birlikdə 3,65 kq çəkiyə malik dron 160 km/saat maksimum sürətlə hərəkət edə bilir və 10 km məsafəyə qədər missiya icra edə bilir.







