BAKI, TurkicWorld
Antalyada 3,8 bal gücündə zəlzələ baş verib.
TurkicWorld xəbər verir ki, Türkiyənin Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyi (AFAD) Antalyanın Kumluca rayonu sahillərində 3,8 bal gücündə zəlzələ qeydə alındığını açıqlayıb.
Yeraltı təkanlar bu gün yerli vaxtla saat 07:49-da baş verib və zəlzələnin episentri yerin təxminən 29,02 kilometr dərinliyində olub.
Qeyd edək ki, ilkin məlumatlara görə zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmayıb.