BAKI, TurkicWorld
Ankarada Türkiyə və Suriya xarici işlər nazirləri arasında görüş keçirilib
TurkicWorld xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə bir araya gəlib.
Görüş Türkiyə–İordaniya–Suriya Xarici İşlər Nazirlərinin Üçtərəfli Toplantısı çərçivəsində baş tutub.
Rəsmi mənbələrdən verilən məlumata görə, mətbuata qapalı keçirilən görüşdə ikitərəfli münasibətlər, regional vəziyyət və Suriyada davam edən proseslər müzakirə olunub. Görüşə dair rəsmi foto paylaşılıb.







