Son dəqiqə

Türkiyə Numan Kurtulmuş Roma papası Fransisk TBMM Papa Fransisk vəfat etdi Papa Fransisk nə zaman vəfat etdi?

Türkiyə TBMM Sədri Papa Fransiskin dəfninə qatılacaq

BAKI, TurkicWorld

Papanın dəfn mərasiminə Türkiyədən qatılacaq şəxsin adı açıqlanıb.

TurkicWorld xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin dəfn mərasiminə iştirak etmək üçün Vatikana gedəcək.

Papanın aprelin 21-də vəfatından sonra, sabah keçiriləcək dəfn mərasimində Türkiyəni təmsil edəcək olan Kurtulmuş, Vatikanın Santa Maria Maggiore Bazilikasında keçiriləcək mərasimdə iştirak edəcək.

Qeyd edək ki, kilsə qaydalarına əsasən, dəfn mərasimi ölümündən 4-6 gün sonra – yəni 25 aprel Cümə və ya 27 aprel Bazar günü keçiriləcək. Yeni Papanın seçilməsi məqsədilə Kardinallar Şurası isə 6-10 may tarixləri arasında ilk dəfə toplanacaq.

Mövzuya görə xəbərlər