Son dəqiqə

Türkiyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Papa Fransisk vəfat etdi Katolik Kilsəsində papa dəyişikliyi Yeni seçiləcək Papa Papanın ilk səfəri Vatikan Türkiyə münasibətləri İstanbul Katolik icması

Yeni seçiləcək Papa ilk xarici səfərini Türkiyəyə edəcək

BAKI, TurkicWorld

Yeni seçiləcək Papa ilk səfərini Türkiyəyə edəcək.

TurkicWorld xəbər verir ki, Papa Vikarisi, mərhum Papa Fransiskin prezident Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti ilə Türkiyəyə səfər etməyi planlaşdırdığını açıqlayıb.

Belə ki, Papa Fransiskin mayın 24-də Türkiyəyə gələcəyi və Nikea Şurasının 1700 illik yubiley tədbirlərinə qatılacağı gözlənilirdi.

Əvəzində isə, yeni seçiləcək Papa ilk xarici səfərini Türkiyəyə edəcək.

İstanbul Latın Katolik İcmasının yepiskopu və Papa Vikarı Massimiliano Palinuro Papanın Türkiyəyə səfəri ilə bağlı , "Normalda Papa mayın 24-də bura gələcəkdi. Papa bu səfəri son dəqiqəyə qədər ləğv etmək istəmədi. Vatikandan bir nümayəndə heyətinin bu səfəri hazırlaması gözlənilirdi, bir kardinal və 14 köməkçisi Türkiyə dövləti ilə görüşəcək və bu səfəri hazırlayacaqdı" - deyə açıqlama verib.

Mövzuya görə xəbərlər