Son dəqiqə

Türkiyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-Çanaqqala Türkiyənin Yüzyılı hədəfi milli mirasın qorunması Türkiyə millətinin əzmi

Çanaqqala Ruhunu yaşatmaq bizim borcumuzdur - Ərdoğan

BAKI, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Çanaqqala Ruhu”nu və “Türkiyənin Yüzyılı” hədəfini bir araya gətirib.

TurkicWorld xəbər verir ki, Ərdoğan Çanaqqala Quru Döyüşlərinin 110-cu ildönümü münasibətilə yayımladığı mesajda “Çanaqqala Ruhu”nun əhəmiyyətini vurğulayıb və bu mirasın gələcək nəsillərə ötürüləcəyini bildirib.

Prezident bildirib ki, Türk millətinin fədakarlığı, cəsarəti və əzmi ilə formalaşan “Çanaqqala Ruhu” əcdadlardan qalan müqəddəs mirasdır. “Biz bu mirası qorumaqla atalarımıza layiq olacağıq və bu ruhu gələcək nəsillərə aşılayacağıq” - deyə o bildirib.

Ərdoğan mesajında həmçinin qeyd edib ki, Türkiyə xalqı dünən olduğu kimi bu gün də vətəni və bayrağı üçün istənilən fədakarlığı etməyə hazırdır və heç bir işğala yol verməyəcək.

“Yeni nəsillərin vəzifəsi Çanaqqalada qanla, canla, cəsarətlə həkk olunmuş istiqlal və gələcək mesajını qorumaqdır. Bizim ‘Türkiyə Əsri’ ilə məqsədimiz, Çanaqqalada yeddi dövlətə meydan oxuyan əcdadlarımıza layiq olmaqdır” – deyə Prezident vurğulayıb.

O, çıxışının sonunda başda Qazi Mustafa Kamal Atatürk olmaqla bütün Çanaqqala şəhidlərini və qazilərini ehtiramla yad etdiyini bildirib.

Mövzuya görə xəbərlər