Türkiyə Rusiya Ukrayna Qaradəniz Qara dənizdə təhlükəsizlik

Türkiyə Qara dəniz zirvəsinə ev sahibliyi edəcək

BAKI, TurkicWorld

Rusiya ilə Ukrayna arasında mümkün atəşkəsin ardından Qara dənizdə sülh və təhlükəsizliyin qorunması məqsədilə beynəlxalq səviyyədə toplantı keçiriləcək.

TurkicWorld AzerVoice-a istinadən xəbər veirr ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.

Məlumata əsasən, toplantı 15–16 aprel tarixlərində Türkiyənin Hərbi Dəniz Qüvvələrinin qərargahında baş tutacaq.

Tədbirə xarici ölkələrin hərbi nümayəndələri də dəvət olunub. Görüşdə Qaradənizdə sülh mühitinin qorunması üçün həyata keçirilə biləcək hərbi planlamalar, xüsusilə dəniz təhlükəsizliyi baxımından müzakirə ediləcək.

Toplantı, bölgədə son zamanlar artan gərginlik fonunda Rusiya və Ukrayna arasında mümkün atəşkəsin təmin olunacağı təqdirdə sabitlik və əməkdaşlıq üçün strateji koordinasiya addımı kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər