Son dəqiqə

Türkiyə minatəmizləmə Suriya

Türkiyə dəstəyi ilə Suriya kəndləri təhlükəsizləşdirilir

BAKI, TurkicWorld

Suriyada devrilmiş rejimin yerləşdirdiyi minalar Türkiyədən göndərilən maşınlarla təmizlənir

TurkicWorld xəbər verir ki, Suriyanın Həma əyalətində devrilmiş rejimin mülki ərazilərə yerləşdirdiyi minaların təmizlənməsi prosesi Suriya Müdafiə Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir.

Əməliyyat Türkiyədən göndərilən xüsusi texnikanın dəstəyi ilə aparılır və üç gün davam edəcək.

Əməliyyat Həmanın şimalında yerləşən Hamamiyyət və Cilime kəndlərində həyata keçirilir. Təhlükəsizlik tədbirləri çərçivəsində, minalardan təmizləmə prosesinə xüsusi təlim keçmiş birliklər cəlb olunub. Suriya Müdafiə Nazirliyinin 98-ci Zirehli Diviziyası həm əllə, həm də Türkiyədən gətirilmiş mexaniki vasitələrlə minaları zərərsizləşdirir.

Qeyd edək ki, əməliyyatın əsas məqsədi mülki əhalinin təhlükəsiz şəkildə evlərinə qayıtmasına şərait yaratmaqdır. Ərazidə iş aparan Abdulkadir Nayif "Devrilmiş rejimin intensiv şəkildə mina yerləşdirdiyi sahələri müəyyən etmişik. Hazırda Hamamiyyət bölgəsində fəaliyyət göstəririk. Məqsədimiz insanlara doğma torpaqlarına təhlükəsiz şəkildə qayıtmaq imkanı verməkdir"- deyə bildirib.

Mövzuya görə xəbərlər