BAKI,TurkicWorld
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) rəsmi səfərdə olan Türkiyənin ticarət naziri Ömər Bolat, burada fəaliyyət göstərən iş adamları ilə bir araya gəlib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, nazir bildirib ki, Türk iş dünyasının beynəlxalq uğurları xaricdə güclü bir iş şəbəkəsinin formalaşmasına və Türk diasporasının möhkəmlənməsinə mühüm töhfə verir.
Nazir Bolat BƏƏ-nin xarici ticarət üzrə dövlət naziri Thani Əhməd Al Zeyoudi ilə birlikdə iki ölkənin iş adamlarının iştirakı ilə görüş keçirdiklərini bildirib.
Görüşdə şirkətlər arasında birgə layihələrdə iştirak və tərəfdaşlıqların gücləndirilməsi, xüsusilə üçüncü ölkələrdə əməkdaşlıq daxil olmaqla yeni əməkdaşlıq imkanları müzakirə olunub.
Nazir Bolat, səfər çərçivəsində Abu Dabi şəhərində keçirilən Dünya Türk İş Konseyi toplantısına da qatılıb. Burada BƏƏ-də fəaliyyət göstərən türk iş adamları ilə bir daha görüşən nazir, iki ölkə arasında ticarət və investisiya münasibətlərindəki mövcud problemləri dəyərləndirdiklərini və iş adamlarının təkliflərini dinlədiklərini bildirib.