Türkiyə ASELSAN ASER Teknoloji silah-sursat

ASELSAN 52,7 milyon dollarlıq ixrac müqaviləsi imzalayıb

Bakı, TurkicWorld

ASELSAN dəniz platformaları üçün radar, silah, hava hücumundan müdafiə və məlumat keçid sistemlərinin birbaşa satışı çərçivəsində Sakit Okean bölgəsindəki bir müştəri ilə ümumi dəyəri 52,7 milyon dollar olan ixrac müqavilələri imzalayıb.

TurkicWorld AzerVoice xəbər verir ki, ASELSAN İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi açıqlamada yeni işgüzar əlaqələrini açıqlayıb.

Açıqlamada, "ASELSAN, dəniz platformaları üçün radar, silah, hava hücumundan müdafiə və məlumat bağlantısı sistemlərinin birbaşa satışı çərçivəsində Sakit okean bölgəsindəki bir müştəri ilə ümumi dəyəri 52,7 milyon dollar olan ixrac müqavilələri imzaladı." ifadəsi işlədildi.

Mövzuya görə xəbərlər