Son dəqiqə

Türkiyə Türkiyə Ticarət nazirliyi Ömər Bolat boykot dalğası

Xalqımız boykot çağırışı edənləri boykot edib - Ömər Bolat

BAKI,TurkicWorld

Bu nəticələr göstərir ki, xalqımız boykot çağırışı edənləri boykot edib

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat 1 aprel ilə müqayisədə, 2 aprel tarixində iki dəfə daha çox alış-veriş edildiyini bildirib.

O, rüşvət və korrupsiya əməliyyatlarını unutturmaq və iqtisadiyyata zərbə vurmaq cəhdlərinin, xalqın milli iqtisadiyyata, ticarətə və kiçik biznesə sahib çıxması ilə nəticəsiz qaldığını vurğulayıb.

"Xalqımız milli iqtisadiyyata, ticarətə, istehsalata, kiçik sahibkarlara, yerli və milli markalara çox güclü şəkildə sahib çıxıb. Əsas müxalifət və bəzi dairələrin iqtisadiyyatı və ticarəti dayandırmaq məqsədilə 2 aprel çərşənbə günü üçün etdikləri alış-verişi və ticarəti dayandırmaq və boykot çağırışları uğursuzluğa uğrayıb"- deyə Bolat bildirib.

O bildirib ki, müxalifətin rüşvət və korrupsiya əməliyyatlarını unutturmaq və iqtisadiyyata zərbə vurmaq planları bir daha uğursuzluğa uğrayıb.

Qeyd edək ki, martın 23-də Cumhuriyyət Xalq Partiyasının (CHP) üzvü, İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu, cinayət təşkilatı qurma, qəsb, rüşvət, dələduzluq, çirkli pulların yuyulması, terror qruplaşmaları ilə əməkdaşlıq və korrupsiya ittihamları ilə həbs edilib. Bunun üzərinə CHP hökümətə qarşı etiraz aksiyalarına başlayıb.

Mövzuya görə xəbərlər