Son dəqiqə

Türkiyə Çanaqqala vilayəti qeyri-qanuni miqrant Sahil Mühafizəsi

Çanaqqala sahillərində miqrantları daşıyan qayıq batıb

BAKI,TurkicWorld

Çanaqqalanın Ayvacık sahillərində qyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində ilkin məlumata görə, 5 nəfər ölüb, 25 nəfər isə xilas edilib.

TurkicWorld xəbər verir ki, Sahil Mühafizəsi Şimali Ege Qrup Komandanlığı Ayvacık sahillərində rezin qayığın batması ilə bağlı siqnal alıb. Əraziyə cəlb edilən xilasedicilər 25 miqrantı sudan quruya çıxarıb, 5 nəfərin isə cəsədi aşkarlanıb.

Hadisə yerinə dərhal tibbi heyət göndərilib. Xilas edilən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra onlar Balıkəsir və Çanaqqaladakı xəstəxanalara aparılıb.

Qeyd edək ki, hazırda sahil təhlükəsizlik qüvvələrinin axtarış-xilasetmə işləri davam edir.

Mövzuya görə xəbərlər