BAKI,TurkicWorld
Parisin mərkəzində İstanbul temalı nəhəng poster sərgilənir.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki , Parisin məşhur Champs-Elysees prospektindəki Mədəniyyət və Turizm Nazirliyinin Paris Mədəniyyət və Təbliğat Məsləhətçiliyi Xidməti Binasının eksteryeri, 300 kvadratmetrlik İstanbul temalı bir posterlə örtülüb.
Bu reklam posteri görüntüsü, ayda 6 milyonla 14 milyon insan arasında izləniləcək.
Poster tətbiqi üçün əvvəlcə mənzil rəhbərliyi ilə razılıq əldə edilib və Champs-Elysees meri ilə aparılan danışıqlardan sonra martın 12-də icazə alınıb. Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoyun təsdiqi ilə martın 27-də reallaşan bu tədbir, Parisin sərt reklam qaydalarını pozaraq böyük diqqət çəkməyi bacarıb.
Qeyd edək ki, İstanbulun bu təsirli vizualı, iyun ayına qədər Paris Mədəniyyət və Tanıtım Müşaviri Binasında sərgilənməyə davam edəcək.