Son dəqiqə

Türkiyə İstanbul İstanbul Boğaz Komandanlığı Qara dənizdə təhlükəsizlik

İstanbul Boğaz Komandanlığının Qara Dənizdəki Strateji Missiyası

Bakı, TurkicWorld

İstanbul Boğaz Komandanlığı, Qara dənizdəki təhlükəsizliyi təmin etmək məqsədilə çoxşaxəli əməliyyatlar həyata keçirir və beynəlxalq əməkdaşlıqla bölgənin strateji əhəmiyyətini bir daha ortaya qoyur.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, komandanlıq dəniz təhlükəsizliyini təmin etmək üçün qabaqcıl texnologiyalarla təchiz edilmiş gəmi və helikopterlərlə 7/24 müşahidə fəaliyyətlərini davam etdirir. Bu əməliyyatlar, Boğaz və Qara dənizdə təhlükəsizlik risklərinin minimuma endirilməsinə böyük töhfə verir.

Komandanlıq, Boğazda 11 fərqli nöqtədə fəaliyyət göstərərək, dəniz hüquq və mənafelərinin qorunması, Montrö Konvensiyasının tətbiqi və təbii fəlakətlər zamanı humanitar yardım əməliyyatları həyata keçirir. Rusiya-Ukrayna müharibəsi səbəbiylə sürüklənən minaların yaratdığı təhlükələrə qarşı mina təmizləmə əməliyyatları da davam edir.

Qeyd edək ki, İstanbul Boğaz Komandanlığı, həmçinin Türkiyə, Rumıniya və Bolqarıstanla birgə Minalara Qarşı Mübarizə Qara Dəniz (MCM Qara Dəniz) İş Qrupunu idarə edir və bu çərçivədə bir neçə təlim və tədbir keçirib. Komandanlıq təbii fəlakətlər zamanı çadırların qurulması və digər maddi-texniki dəstək təmin edilməsi məsələlərində də aktiv rol oynayır.

Mövzuya görə xəbərlər