Son dəqiqə

Türkiyə Ekrem İmamoğlu Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi Mehmet Şimşek

İqtisadi sabitliyi qorumaq üçün üzərimizə düşəni edirik - Şimşek

Bakı, TurkicWorld

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək beynəlxalq investorlarla görüşərək İmamoğlu prosesi sonrası bazarlarda yaranan vəziyyəti müzakirə edəcək.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, nazir Şimşək və Mərkəzi Bankın sədri Fatih Karahan bu gün xarici investorlarla onlayn görüş keçirəcəklər.

London vaxtı ilə saat 13:00-da baş tutacaq görüşdə İmamoğlu prosesinin bazarlara təsiri və atılacaq addımlar əsas müzakirə mövzusu olacaq.

Rəsmilərin sözlərinə görə, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı keçirilən əməliyyat və ötən həftə Əkrəm İmamoğlunun həbsindən sonra iqtisadi bazarda baş verən dalğalanmaların sakitləşdirilməsi əsas məqsədlərdən biridir.

Nazir Şimşək, bazarların sabitliyini təmin etmək üçün 23 martda iqtisadi qurumlarla geniş toplantı keçirmişdi. Görüşdə Türkiyə Mərkəzi Bankı, Sərmayə Bazarı Şurası, Bank Tənzimləmə və Nəzarət Təşkilatı, Türkiyə Sərvət Fondu və dövlət bankları iştirak ediblər.

Qeyd edək ki, nazir Şimşək istefa verəcəyi ilə bağlı iddialara da sosial media hesabında cavab verərək, “Biz vəzifəmizdəyik və bazarların sağlam işləməsi üçün bütün lazımi addımları atmağa davam edəcəyik”, – deyə bildirib.

Mövzuya görə xəbərlər