BAKI,TurkicWorld
Əkrəm İmamoğlu CHP-nin prezidentliyə rəsmi namizədi elan edilib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin həbs olunmuş sədri Əkrəm İmamoğlu Türkiyənin əsas müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə rəsmi namizədi elan edilib.
Partiyanın rəsmi X hesabında İmamoğlunun “Yolumuz uzun, həyəcanımız yüksək, gəncliyimiz var” sözləri paylaşılaraq namizədliyinin təsdiqləndiyi açıqlanıb. CHP sədri Özgür Özəl partiyanın ilkin seçkilərində 15 milyona yaxın insanın iştirak etdiyini bildirib. Bu rəqəm hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, martın 23-də Türkiyə məhkəməsi Əkrəm İmamoğlu barəsində həbs qərarı çıxarıb. O, korrupsiya və digər maddələrlə ittiham olunsa da, özü bu ittihamları qəbul etmir.