BAKI, TurkicWorld
Türkiyədə Mersində polis əməliyyatı zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 91 məhkum saxlanılıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Mersin İl Təhlükəsizlik Müdirliyinin Asayiş Şöbəsinin Axtarılan Şəxslər Bürosunun koordinasiyasında şəhər daxilində genişmiqyaslı əməliyyat keçirilib.
Polis qrupları yaralama, oğurluq, dələduzluq, hədə-qorxu və qanunsuz silah saxlama kimi cinayətlərə görə axtarılan şəxsləri müəyyən edərək, müxtəlif ünvanlara və rayonlara təşkil olunan basqınlarla onları ələ keçirib.
Əməliyyat nəticəsində saxlanılan 91 məhkum lazımi hüquqi prosedurlar üçün polis bölməsinə aparılıb.
Qeyd edək ki, Türkiyədə cinayətkarlıqla mübarizə çərçivəsində müxtəlif bölgələrdə analoji əməliyyatlar mütəmadi olaraq keçirilir.