BAKI,TurkicWorld
Baykar tərəfindən inkişaf etdirilən Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi (PUA) Bayraktar KIZILELMA, test təqvimində yer alan "AB Kalkışlı Manevra Sistem Tanımlama Testi"ni uğurla keçdi.
TurkicWorld xəbər verir ki, Baykar'ın tamamilə öz vəsaitləri ilə inkişaf etdirdiyi və Türkiyənin ilk insansız döyüş təyyarəsi olacaq Bayraktar KIZILELMA uçuş testlərinə davam edir.
Pilotsuz döyüş təyyarəsinin test prosesi planlanan təqvimə uyğun olaraq davam edir.
Bayraktar KIZILELMA, 21 Mart tarixində keçirilən "AB Kalkışlı Manevra Sistem Tanımlama Testi"ni uğurla keçdi.
Tekirdağ’ın Çorlu bölgəsindəki AKINCI Uçuş Təlim və Test Mərkəzindən art yakıcı (Afterburner) açaraq havalanan Bayraktar KIZILELMA’nın istehsal prototipi TC-OZB3 quyruq nömrəli PT3, test uçuşunda edilən sistem tanımlama fəaliyyətlərini və kəskin manevrları uğurla tamamladı.
Bayraktar KIZILELMA'nın inkişaf fəaliyyəti çərçivəsində ilk prototiplərdən əldə edilən təcrübələr sayəsində istehsal prototipində mühüm dəyişikliklər edildi. Struktur təkmilləşdirmələrindən əlavə avionik memarlığında da inkişaflar həyata keçirildi.
Güclü yeni mühərriki ilə səs sürətinə yaxınlaşacaq olan Bayraktar KIZILELMA, aerodinamik təkmilləşdirmələr sayəsində yüksək sürətlərdə daha yaxşı manevr etmək imkanına sahib olacaq. Sahip olduğu AESA radarı ilə qazandığı yüksək situasiya fərqinə görə isə ən çətin vəzifələri yerinə yetirə biləcək.
Qeyd edək ki, Bayraktar KIZILELMA layihəsi 2021-ci ildə başladı. 14 noyabr 2022-ci ildə istehsal xəttindən çıxan TC-ÖZB quyruq nömrəli Bayraktar KIZILELMA, Çorlu-da yerləşən AKINCI Uçuş Təlim və Sınaq Mərkəzinə gətirildi. Burada yer testlərini sürətlə və uğurla tamamladıqdan sonra 14 dekabr 2022-ci ildə ilk uçuşunu həyata keçirdi. Bayraktar KIZILELMA, cəmi bir il kimi rekord müddətdə havalanmağa başladı.
Bayraktar KIZILELMA, TEKNOFEST 2023 çərçivəsində dünya aviasiya tarixində ilk olan uçuşları reallaşdırdı. Bayraktar AKINCI PUA ilə formasiya uçuşları həyata keçirən Bayraktar KIZILELMA, 1 may 2023-cü ildə isə F-16 döyüş təyyarəsi SOLOTÜRK və F-5 jetləri ilə Türk Yıldızları eskadrilyası tərkibində İstanbul səmasında formasiya uçuşu icra etdi. Dünya aviasiya tarixi üçün dönüş nöqtəsi sayılan bu uçuş konseptləri, gələcəyin hava döyüş strategiyalarına da istiqamət verəcək.
İlk gündən bəri bütün layihələrini öz vəsaiti ilə həyata keçirən Baykar, 2003-cü ildən etibarən gəlirlərinin 83%-ni ixracatdan əldə edib. 2023-cü ildə 1.8 milyard dollarlıq ixracat həyata keçirən Baykar, Türkiyədə ən çox ixrac edən ilk 10 şirkət arasına daxil olub. Dünyanın ən böyük pilotsuz hava aparatı (PUA) ixracatçısı olan Baykar, 2024-cü ildə də qlobal uğurunu davam etdirərək gəlirinin 90%-ni ixracatdan əldə etdi və 1.8 milyard dollarlıq ixrac həyata keçirdi.