BAKI,TurkicWorld
Beynəlxalq sərgi üçün Tayvanda səfərdə olan Mansur Yavaş, İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Ekrem İmamoğlunun həbsindən sonra proqramını yarımçıq qoyaraq Türkiyəyə qayıdıb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Türk Hava Yollarına (THY) məxsus təyyarə ilə Tayvanın paytaxtı Taypey şəhərindən İstanbul hava limanına saat 05:10-da enən Yavaş, VIP Terminalində jurnalistlərin suallarını cavablandırıb.
Ankara Böyükşəhər Bələdiyyə Başqanı Mansur Yavaş, barəsində istintaq başladılacağı iddialarına cavab verib.
"Haqqımda 109 şikayət verilib, bunlardan 101-i daxili işlər müfəttişləri tərəfindən bağlanıb. Qalan şikayətlər də bağlanacaq. Hazırda mənim haqqımda heç bir istintaq yoxdur. Bank hesablarımı hər kəs araşdıra bilər, lazım gələrsə ictimaiyyətə açaram"-, deyə o bildirib.
İmamoğlunun həbsi ilə bağlı fikirlərini bildirən Mansur Yavaş, Türkiyədə məhkəmə sisteminin müstəqilliyi ilə bağlı ciddi problemlər olduğunu vurğulayıb.