Son dəqiqə

Türkiyə İstanbul Hava Limanı Abdulkadir Uraloğlu

Arnavutköy metrosu bir ildə 4,2 milyon sərnişin daşıyıb

BAKI, TurkicWorld

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, İstanbul Hava Limanı-Arnavutköy metro xəttinin istifadəyə verilməsinin birinci ildönümündə açıqlama verib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, o bildirib ki, ötən bir il ərzində bu marşrut üzrə 4,2 milyon sərnişin daşınıb.

Uraloğlu qeyd edib ki, Gayrettepe-İstanbul Hava Limanı-Arnavutköy metro xəttinin tamamlanması ilə İstanbulda metro xəttlərinin ümumi uzunluğu 161,8 kilometrə çatdırılıb. Yeni xətlərin şəhər nəqliyyatına sürət və rahatlıq gətirdiyini vurğulayan nazir, Halkalı-İstanbul Hava Limanı və Altunizade-Çamlıca Məscidi-Bosna Bulvarı metro xətlərində tikinti işlərinin davam etdiyini bildirib.

Fevralın 19-da xətt tarixinin ən yüksək sərnişin daşınması göstəricisinə nail olub – 37.843 sərnişin metro xidmətlərindən istifadə edib.

Qeyd edək ki, Gayrettepe-İstanbul Hava Limanı-Arnavutköy metro xətti bir il ərzində ümumilikdə 17,2 milyon sərnişin daşıyıb.

Mövzuya görə xəbərlər