Türkiyə Ali Yerlikaya mütəşəkkil cinayətkarlığa qarşı əməliyyatlar

Türkiyədə mütəşəkkil cinayətkar qruplara qarşı əməliyyat keçirilib

BAKI, TurkicWorld

Türkiyədə 4 cinayətkar qrupa qarşı keçirilən əməliyyatda 79 nəfər tutulub.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi Ankara, İstanbul, Adana və Vanda mütəşəkkil cinayətkarlığa qarşı genişmiqyaslı əməliyyatlar keçirib.

Nəticədə 79 şübhəli, o cümlədən cinayətkar qrupların rəhbərləri saxlanılıb.

Daxili işlər naziri Ali Yerlikaya əməliyyatların detalları barədə sosial media hesabında açıqlama verib. Onun sözlərinə görə, əməliyyatlar zamanı 7 sənədsiz tapança, 3 tüfəng, 1 avtomat silah, 2 əl qumbarası və müxtəlif narkotik maddələr müsadirə olunub.

Nazir bildirib ki, ölkədə asayişi və təhlükəsizliyi təmin etmək üçün mütəşəkkil cinayətkarlığa qarşı qətiyyətli mübarizə davam edəcək.

Qeyd edək ki, Türkiyədə son illərdə hüquq-mühafizə orqanları cinayətkar şəbəkələrə qarşı intensiv əməliyyatlar keçirərək yüzlərlə cinayətkarı ədalət qarşısına çıxarıb.

Mövzuya görə xəbərlər