Son dəqiqə

Türkiyə Resmi Gazete Zambiya

Türkiyə Zambiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı təsdiqlənib

BAKI, TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqi ilə 6 beynəlxalq müqavilə Rəsmi Qəzetdə dərc olunub.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sənədlər arasında 28 iyul 2018-ci ildə Lusakada imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Zambiya Respublikası Hökuməti arasında Təhlükəsizlik üzrə Əməkdaşlıq Sazişi”nin ratifikasiyası xüsusilə diqqət çəkir.

Saziş cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması, trans-sərhəd cinayətlər, qanunsuz narkotik istehsalı və qaçaqmalçılığı, insan alveri, qeyri-qanuni miqrasiya, eləcə də silahların, döyüş sursatlarının və radioaktiv maddələrin qanunsuz ticarəti kimi sahələrdə iki ölkə arasında əməkdaşlığı nəzərdə tutur.

Zambiya ilə Türkiyə arasında təhlükəsizlik sahəsində imzalanmış saziş isə regional sabitlik və cinayətkarlığa qarşı mübarizədə mühüm addım kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər