Son dəqiqə

Türkiyə Suriya hava şəraiti

Şərqi Aralıq dənizi və Cənub-Şərqi Anadoluda güclü toz buludu gözlənilir

BAKI, TurkicWorld

Suriyadan gələn toz buludunun Şərqi Aralıq dənizi və Cənub-Şərqi Anadolu bölgəsində təsirli olacağı proqnozlaşdırılır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Meteorologiya Ümumi Müdirliyinin məlumatına əsasən, Adana, Hatay, Kahramanmaraş, Kilis, Qaziantep, Şanlıurfa və Adıyaman ətrafında toz daşınmasının müşahidə olunacağı bildirilir. Gözlənilir ki, bu hadisə sabaha qədər davam edəcək və sonra təsirini itirəcək.

Sinoptiklər, həmçinin, ölkə ərazisində havanın temperaturunun yüksələcəyini və mövsümi normalardan 4-8 dərəcə yüksək olacağını proqnozlaşdırırlar.

"Külək əsasən şimal istiqamətindən əsəcək, lakin respublikanın cənub-şərq rayonlarında cənub və şərqdən güclü küləklər müşahidə ediləcək. Çanaqqala ətrafında küləyin zəif və orta gücdə (30-50 km/saat) olacağı, Şərqi Aralıq dənizinin şərqində isə tufanlı hava şəraitinin yaranacağı ehtimal edilir", – deyə açıqlamada qeyd olunub.

Meteoroloqlar xüsusilə tənəffüs yolları problemi olan və həssas qruplardan olan insanlara ehtiyatlı olmağı tövsiyə edirlər.

Mövzuya görə xəbərlər