Bakı, TurkicWorld
Türkiyənin İzmir şəhərinində 4.0 bal gücündə zəlzələ baş verib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) verdiyi məlumatda deyilir.
Məlumata əsasən, zəlzələ saat 17:09-da, yerin 10,67 kilometr dərinliyində baş verib. Zəlzələnin episentri Dikili rayonunda qeydə alınıb.







