Son dəqiqə

Türkiyə Ukrayna Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski

Ərdoğan və Zelenskinin görüşü başlayıb

Bakı,TurkicWorld

Rusiya-Ukrayna müharibəsinin sona çatması ilə bağlı intensiv diplomatik səylərin davam etdiyi bir vaxtda Ankara mühüm bir görüşə ev sahibliyi edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenskini Prezident Kompleksində rəsmi mərasimlə qarşılayıb.

Prezidentlər arasındakı görüş mətbuata qapalı formatda keçirilib. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, prezidentin kommunikasiya direktoru Fahrettin Altun və xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.

Görüşün əsas gündəmində Türkiyə-Ukrayna strateji tərəfdaşlıq münasibətləri, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, Ukraynadakı son hadisələr, regional və qlobal problemlər mövzuları yer alır.

Görüşdən sonra Prezident Ərdoğan və Zelenski iş yeməyində nümayəndə heyətləri ilə müzakirələr aparacaq və bir sıra sazişlər imzalanacaq.

Səfərlə bağlı birgə mətbuat konfransı da keçiriləcək.

Mövzuya görə xəbərlər