Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Silah Qüvvələri

İraq və Suriyada terrorçular zərərsizləşdirilib

Bakı,TurkicWorld

Türk Silahlı Qüvvələri (TSK) İraqın şimalında "Pence-kilit" əməliyyatı bölgəsində müəyyən edilən iki PKK terrorçusu, Suriyanın şimalında isə bir PKK/YPG terrorçusunu zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) X sosial media hesabında paylaşım edib.

Ölkə daxilində və sərhədləri aşaraq terrora qarşı mübarizə səngimədən davam edir.

"Terrora qarşı olan mübarizəmiz istənilən hava və ərazi şəraitində fasiləsiz olaraq davam edir",- deyə paylaşımda qeyd olunub.

Mövzuya görə xəbərlər